AZ

Uktraynaya PUA hücumları – 3 nəfər ölüb

Rusiya qoşunları Ukraynanın sənaye və enerji infrastrukturuna pilotsuz təyyarələrlə zərbələr endirib.

Herbiand.az Ukrayna mənbələrinə istinadən xəbər verir ki, zəırbələr nəticəsində 3 nəfər həlak olub.

Odessa Hərbi Administrasiyanın rəhbəri Oleq Kiper Telegram kanalında yazıb: "Sənaye, enerji və mülki infrastruktur obyektlərinə zərbə endirildi. Təəssüf ki, iki nəfər həlak oldu. Ən azı üç nəfər yaralandı".

20 yaşlı qadın və təxminən 45 yaşlarında bir kişinin öldüyü bildirilir.

Zaporojyedə zərbələrdən sonra Regional Hərbi Administrasiyasının rəhbəri İvan Fedorov Telegram kanalında bir nəfər 33 yaşlı kişinin həlak olduğunu və 45 yaşlı kişinin isə yaralandığını yazıb.

Seçilən
13
herbiand.az

1Mənbələr