"Turan Tovuz"un futbolçusu Filip Ozobiç Misli Premyer Liqasında 70-ci qolunu vurub.
Offsideplus.az xəbər verir ki, o, XXI turun "Zirə' ilə oyununda bunu bacarıb.
Bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
Xorvatiyalı yarımmüdafiəçinin qol göstəriciləri aşağıdakı kimidir:
-
"Qəbələ": 16 qol
-
"Qarabağ": 35 qol
-
"Neftçi": 15 qol
-
"Turan Tovuz": 4 qol
2016/2017 mövsümündən bəri Azərbaycanda çıxış edən Ozobiç, turnir tarixində 70 və daha çox qol vuran 23-cü futbolçu kimi adını tarixə yazdırıb.