Yeniavaz saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Türkiyəli jurnalist Cüneyt Özdemir Meksikada çətin vəziyyətdə qaldığını bildirib.
Yeniavaz.com xəbər verir ki, o bu barədə “X” sosial şəbəkə səhifəsində məlumat yayıb.
Özdemir ailəsi ilə Meksikaya tətilə gəldiyini, lakin kartel ilə ordu arasındakı münaqişənin ortasında qaldığını qeyd edib.
O, oteldən çıxa bilmədiklərini bildirib.
“Üç günlük tətil üçün Meksikaya gəldik və kartellə ordu arasındakı münaqişənin ortasında qaldıq. Otelin qarşısında barrikadalar qurulub, maşınlar yandırılıb və hava limanı yolu bağlanıb...”, - o qeyd edib.
Özdemir həmçinin Meksikadakı Türkiyə səfirliyi ilə əlaqə saxladıqlarını bildirib.
Qeyd edək ki, ötən gün Meksikada “Xalisko yeni nəsil” (CJNG) narkotik kartelinin lideri Nemesio Osequera Servantes hökumətin xüsusi hərbi əməliyyatları nəticəsində zərərsizləşdirilib. Hadisədən sonra Meksikanın bəzi ştatlarında “El Menço” kimi tanınan Servantesin tərəfdarları ilə hökumət qüvvələri arasında baş verən toqquşmalar artıb.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.