AZ

Fireland Azərbaycanlılar Birliyi Brüsseldə III Beynəlxalq Şahmat Turniri təşkil edib

Gununsesi saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Fireland Azərbaycanlılar Birliyi Brüsseldə “Dostluq qazansın” şüarı ilə III Beynəlxalq Şahmat Turniri təşkil edib.

Gununsesi.info xəbər verir ki, Azərbaycanın Belçikadakı Səfirliyinin dəstəyi, Fireland Azərbaycanlılar Birliyinin təşkilatçılığı ilə Brüssel şəhərində III Beynəlxalq Şahmat Turniri təşkil edilib.

“Dostluq qazansın” şüarı altında keçirilən turnir 15 ölkədən 50-yə yaxın şahmatçını bir araya gətirərək beynəlxalq dostluğun, mədəni dialoqun və idman həmrəyliyinin gücləndirilməsinə töhfə vermişdir.

Tədbirin rəsmi hissəsində Azərbaycanın Belçikadakı Səfirliyinin 1-ci katibi Emin Rüstəmov çıxış edərək turnirin əhəmiyyətindən bəhs etmiş, Belçikada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının təşkil etdiyi bu qəbildən olan layihələrin icmalar arasında dostluq və  mədəni əlaqələrin inkişafı nöqteyi-nəzərindən vacibliyini vurğulamışdır.

FireLand Azərbaycanlıları Birliyinin həmtəsisçisi Elşən Tağıyev çıxışında FireLand Azərbaycanlılar Birliyi və artıq 3-cü dəfədir “Dostluq qazansın” şüarı altında Belçikada təşkil edilən sözügedən turnir haqqında ətraflı məlumat vermişdir.

O, ildən-ilə iştirakçı sayının və turnirdə təmsil olunan ölkələrin sayının artmasını turnirə olan böyük marağın təzahürü kimi qiymətləndirmişdir.

Tədbirdə Belçikada fəaliyyət göstərən şahmat məktəblərinin nümayəndələri, Belçika universitetlərində təhsil alan xarici ölkəri təmsil edən tələbələr,  müxtəlif ölkələrin səfirliklərinin nümayəndələri, eləcə də Azərbaycan icmasının üzvləri iştirak etmişdir.

Turnir yalnız yarış deyil, həm də müxtəlif millətlərdən olan iştirakçılar arasında dostluq və əməkdaşlığın möhkəmləndirilməsi üçün mühüm platforma olmuşdur.

Turnirdə iştirak edən Anderlext Bələdiyyəsinin Şahmat Klubunun üzvü  Cedric Sohet  iştirak etdiyi 40-dan çox turnir arasında bu turnirin ən yadda qalan olduğunu və ilk dəfə bu qədər çox şahmat həvəskarının bir araya gəldiyinin şahidi olduğunu bildirmiş, təşəbbüs və təşkilatçılıq üçün təşəkkür etmişdir.

Uğurlu təşkilatçılıq və turnirin miqyasının genişlənməsi fonunda Fireland Şahmat Klubunun üzvləri bu il Brüsseldə keçiriləcək digər beynəlxalq şahmat turnirə dəvət olunmuşdur.

Belçika, Fransa, Meksika, Rumıniya, Qazaxıstan və İndoneziyanı təmsil edən iştirakçılar müxtəlif kateqoriyalarda turnirin qalibi adını qazanmışdır.

Turnirin sonunda bütün iştirakçılara sertifikat və medallar təqdim edilmiş, qaliblər isə əlavə olaraq kubok, sertifikat və hədiyyələrlə mükafatlandırılmışdır.

Qeyd edək ki, bu təşəbbüs Fireland Azərbaycanlılar Birliyinin Azərbaycan və Belçika arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, şahmatın təşviqi və icmalar arasında əməkdaşlığın inkişafına verdiyi töhfənin bariz nümunəsidir.

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
13
5
icma.az

6Mənbələr