AZ

Mükafatlandırılan hakimlər buna layiqdirmi? Vəkillər danışdı...

Gununsesi portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl Azərbaycan Hakimlərinin II Forumu keçirilib.

Gununsesi.info xəbər verir ki, tədbirdə Azərbaycan Hakimlər İttifaqının təsis etdiyi “İlin hakimi” mükafatının qalibi açıqlanıb, eyni zamanda bir sıra hakim Fəxri Fərmanla təltif olunub.

Belə ki, Ali Məhkəmənin hakimi Şahin Yusifov “Uzun müddətli səmərəli fəaliyyətinə görə” “İlin hakimi” mükafatına layiq görülüb.

Həmçinin səmərəli fəaliyyətinə görə Bakı Apellyasiya Məhkəməsinin hakimləri Günay Axundova, Əli Məmmədov, Leyla Əliyeva, Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Toğrul Axundov, Gəncə Şəhər Məhkəməsinin hakimi Camal Quliyev, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Elməddin Hüseynov, Bakı İnzibati Məhkəməsinin hakimi Orxan Həsənov, Gəncə Kommersiya Məhkəməsinin hakimi Gülnaz Quliyeva Fəxri Fərmanla təltif olunublar.

Bəs görəsən, təltif edilən hakimlər doğrudan da bu mükafatlara layiqdirlərmi?

Gununsesi.info sözügedən mükafatlandırma ilə bağlı vəkillər arasında sorğu keçirib.

Bu barədə saytımıza açıqlamasında vəkil Bəhruz Bayramov deyib:

“Düzünü desəm, o hakimlərdən çoxunu tanımıram. Amma fikrimcə, sistem dəyişilməli, hakimlər müstəqil olmalıdır. Bəzi mülkü işlərdə ədalətli hakimlər var, inzibati işlərdə də ədalətli hakimlər görmüşəm. Ancaq siyasi, yəni jurnalistlərin, digər ictimai fəalların həbsində ədalətli hakim görməmişəm. Bu qiymətləndirmə hansı işlərə görə aparılıbsa, onu da bilmirəm. Gərək onlara işlərə çıxam ki, dəqiq biləm. Ona görə də hazırda dəqiq qiymətləndirə bilmərəm. Şahin Yusifovda bir-iki işim olub, heç onun özü ədalətli qərar çıxartmayıb”.

Vəkil Ceyhun Yusifov isə deyib ki, Şahin Yusifov istisna olmaqla, digərləri barədə ədalətli deyə bilər.

O, həmçinin qeyd edib:

“Əli Məmmədov ən ədalətli hakimlərdəndir”.

Orxan

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
0
icma.az

1Mənbələr