AZ

Rusiya Ukraynadakı hədəflərini dəyişir

ain.az xəbər verir, Reyting.az saytına əsaslanaraq.

Rusiya ukraynalıların öz təhlükəsizliyinə inamını sarsıtmaq və cəmiyyətdə qeyri-sabitliyi artırmaq məqsədi daşıyan təxribat kampaniyasını gücləndirir.

Reyting.az xəbər verir ki, Müharibə Tədqiqatları İnstitutunun (ISW) analitikləri bu nəticəyə Lvovdakı terror hücumundan sonra gəliblər.

Analitikilər hücuma görə Rusiyanı ittiham edən Lvov meri Andrey Sadovinin açıqlamasına diqqət yetirirlər. Çünki həmin vaxt Lvovda çoxlu turist və hərbçi olub.

Analitiklər xatırladır ki, bir neçə gün əvvəl Ukrayna və Moldova hüquq-mühafizə orqanları bir neçə görkəmli siyasi və müdafiə xadiminə qarşı sui-qəsd məqsədi daşıyan Rusiyanın xüsusi əməliyyatının qarşısını alıblar. SBU o zaman xəbərdarlıq etmişdi ki, Rusiya bu yüksək səviyyəli sui-qəsdlərdən Ukraynada panik vəziyyət yaratmaq və ictimai-siyasi həyatı pozmaq üçün istifadə etmək niyyətindədir. Hücumdan sonra prezident Vladimir Zelenski kəşfiyyat məlumatlarına istinadla bildirib ki, Rusiya bu cür hücumları davam etdirəcək.

“Rusiya Ukraynanı qeyri-sabitləşdirmək məqsədinə çatmaq üçün bu cür hücumları və sui-qəsd cəhdlərini davam etdirəcək. Həmçinin Ukrayna cəmiyyətində gərgin vəziyyət yaratmaq, inamsızlıq yaymaq üçün sui-qəsdlərlə bağlı hücumlar və ya həbslər barədə məlumatlardan istifadə edə bilər”, - deyə analitiklər yekunlaşdırıblar.

ISW həmçinin 22 fevral gecəsi Rusiyanın Ukraynaya kütləvi hücumunu təhlil edib. ISW Zelenskinin Rusiyanın enerji infrastrukturuna diqqət yetirmək əvəzinə, Ukrayna logistikasına və şəhər su təchizatı infrastrukturuna hücumla bağlı iddiasına diqqət çəkib.

Ekspertlər hesab edirlər ki, Rusiya qışda enerji şəbəkəsinə bir sıra hücumlardan sonra zərbə hədəflərini dəyişir. Eyni zamanda, onlar Moskvanın gələcək hücumlarda Ukraynanın enerji infrastrukturunu məhv etmək cəhdlərini dayandırmayacağına inanırlar.

E. KAMAL

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
8
reyting.az

1Mənbələr