AZ

Xarici vətəndaşların Gürcüstanda kuryer xidməti, sərnişin daşıma və bir sıra digər fəaliyyətlər göstərməsi qadağan edilir



Gürcüstan hökuməti əmək miqrantları və özünüməşğul xarici vətəndaşlar üçün əmək fəaliyyəti hüququnun verilməsi qaydasını təsdiq edən qərar qəbul edib. Bu barədə qərara Gürcüstanın baş nazir İrakli Kobaxidze imzalayıb. Sənəd 20 fevral tarixində imzalanıb və 1 mart tarixindən qüvvəyə minəcək. Qərarda əmək miqrantları və özünüməşğul xarici vətəndaşlar üçün əmək fəaliyyəti hüququnun verilməsi qaydası, hüququn şərtləri, tələb olunan məlumat və sənədlər, eləcə də hüququn verilməsi prosedurları ətraflı şəkildə müəyyən edilib. Həmçinin sənəddə əmək fəaliyyəti hüququnun verilməməsi səbəbləri və hüquqa riayət edilməsinə nəzarət qaydaları da əksini tapıb. "Gürcüstanın "Əmək miqrasiyası haqqında" Qanunun 5-ci maddəsinin "e1" bəndinə əsasən, bu əlavədə bir kalendar ili ərzində əmək fəaliyyəti hüququnun verildiyi peşələr və əmək/entreprenyor fəaliyyətlərinin siyahısı, əlavə 2-ci bənddə göstərilən kvotaların miqdarı ilə müəyyən edilir. Qərara görə illik kvotalar tətbiq olunan peşələr və əmək/entreprenyor fəaliyyətləri aşağıdakılardır: Kuryer xidməti ilə bağlı fəaliyyət – illik kvota: 0; Sərnişin daşımaları ilə bağlı fəaliyyət – illik kvota: 0; Turistlər üçün bələdçi xidmətləri – illik kvota: 0; Turistlər üçün dağ, alpin və xizək müşayiət xidmətləri – illik kvota: 200. Qeyd olunur ki, bu kvotalar qaydanın 5-ci maddəsində müəyyən edilmiş istisnalar nəzərə alınmaqla bütün hallara tətbiq edilir. İradə SARIYEVA
Seçilən
11
baki-xeber.com

1Mənbələr