AZ

Adnan Əhmədzadənin adamları “Kəpəz”in büdcəsini öz maraqlarına uyğun xərcləyiblər

Adnan Əhmədzadənin adamları “Kəpəz”in büdcəsini öz maraqlarına uyğun xərcləyiblər

Milli Məclisin Gəncədən seçilmiş deputatı Müşfiq Cəfərov “Kəpəz”in hazırkı durumu ilə bağlı yazı paylaşıb. AFN.az xəbər verir ki, o, klubun hazırkı rəhbərliyinə qarşı ciddi ittihamlarla çıxış edib. Həmin yazını təqdim edirik:

“Kəpəz” Peşəkar Futbol Klubunun inkişafı üçün Gəncədə dövlətimiz tərəfindən həyata keçirilən bütün infrastruktur layihələri yekunlaşıb. Bir tək əsas stadionun ot örtüyü qalıb ki, o da yaxın zamanlarda tamamlanacaq. Bu, işin bir tərəfi!

Gəldik “Kəpəz”in sponsor məsələsinə. 1 il öncə klubun İdarə Heyəti olaraq sponsor axtarışında idik. Adil Vəliyev adlı şəxsdən təklif gəldi. Dedilər Adnan Əhmədzadənin işlərini aparır. Vəliyevlə İdarə Heyətinin sədri İlqar Nadiri bir neçə dəfə görüş keçirdi. Bizim istəyimiz isə o idi ki, nə olursa olsun, bir tək “Kəpəz” irəli getsin.

Klubun rəhbərliyi dəyişdirildi, kölgəyə çəkilən Adil Vəliyev nüfuzlu iş adamı Namiq Qədirovu irəli verib onun sədr olmasını istədi. Amma Qədirovun “Kəpəz”də qalması çox çəkmədi. Vəliyevin ən yaxın adamları, qohumu Erkin İbrahimov və dostu Fərman Əlizadə Namiq müəllimi plan qurub klubdan uzaqlaşdırdılar. Son nəticədə Adil Vəliyev özü sədr olub klubu tək idarə etməyə başladı.

“Hazırda onun özü də “Kəpəz”dən çox-çox kənardadır, kluba diqqət, maliyyə ayırmır. Fərman Əlizadə ötən mövsümdə 3 meydançanın xidmət ödənişini 12 000 manata etdiyi halda necə olur ki, indi 2 meydançanın xidməti 24 000 min manat olur? Buradan belə nəticə formalaşır: Erkin İbrahimov – Fərman Əlizadə cütlüyü klubu bərbad şəkildə idarə etməklə büdcəni öz maraqlarına uyğun formada xərcləyiblər.”

Nəticələr, hər gün klubda baş verən olaylar, kənardan idarə edilən bərbad, sahibsiz “Kəpəz” mətbuatın, ictimaiyyətin müzakirə mövzusudur...

Seçilən
8
11
afn.az

10Mənbələr