Bakı. Trend:
Hazırda Naxçıvanda bərpa olunan enerji mənbələrinin payıelektrik enerjisinin quraşdırılmış gücündə 44 faiz, istehsalındaisə 36,4 faiz təşkil edir.
Trend xəbərverir ki, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazovnazirlikdə “Azərenerji” ASC, Naxçıvan Muxtar Respublikasınıniqtisadiyyat naziri Kazım Hüseynəliyev, Bərpa Olunan EnerjiMənbələri Dövlət Agentliyi, “Azerbaijan Green Enerji Company”(AGEC), “CEI Naxçıvan” MMC, “Nobel Energy” və “Enerso” MMC-ninrəhbər şəxslərinin iştirakı ilə keçirilən görüşdə bildirib.
Energetika naziri Pərviz Şahbazov deyib: “Naxçıvan MuxtarRespublikasının enerji təhlükəsizliyinin gücləndirilməsi, davamlısosial-iqtisadi inkişafının sürətləndirilməsi və onun regionalenerji istehsalı və ixrac mərkəzinə çevrilməsi məqsədilə bərpaolunan enerji mənbələrinin geniş tətbiqi dövlət başçısının stratejikursunda prioritet istiqamətlərdən biridir. Hazırda Naxçıvandabərpa olunan enerji mənbələrinin payı elektrik enerjisininquraşdırılmış gücündə 44 faiz, istehsalında isə 36,4 faiz təşkiledir. Naxçıvanda bərpa olunan enerji sahəsində özəl investisiyanınilk nümunələri olan, ümumi investisiya dəyəri 60 milyon manatdançox təşkil edən “Şəms 1” və “Qərbi Üfüq” günəş elektrikstansiyaları bölgədə “yaşıl inkişaf” modelinin formalaşmasına mühümtöhfə verəcəkdir”.
Görüşdə Azərbaycan Respublikası Hökuməti və “Azərenerji” ASC ilə“CEI Nakhchivan” MMC arasında Naxçıvan Muxtar Respublikasında 25MVt gücündə “Şəms 1” Günəş Elektrik Stansiyası layihəsi üzrə“İnvestisiya müqaviləsi”, “Enerji alqı-satqı müqaviləsi” və“Ötürücü şəbəkəyə qoşulma müqaviləsi” imzalanıb. HəmçininAzərbaycan Respublikası Hökuməti və “Azərenerji” ASC ilə “Enerso”MMC arasında 25 MVt gücündə “Qərbi Üfüq” Günəş Elektrik Stansiyasılayihəsi üzrə “İnvestisiya müqaviləsi”, “Enerji alqı-satqımüqaviləsi” və “Ötürücü şəbəkəyə qoşulma müqaviləsi” imzalanıb.Şirkətlərlə stansiyalar üzrə investisiya müqavilələri AzərbaycanRespublikası Hökuməti adından energetika naziri Pərviz Şahbazov,enerji alqı-satqı və ötürücü şəbəkəyə qoşulma müqavilələri isə“Azərenerji” ASC-nin prezidenti Baba Rzayev tərəfindənimzalanıb.
Bu layihələrin reallaşması nəticəsində ümumilikdə illik 122milyon kVt·st elektrik enerjisi istehsalı gözlənilir ki, bu da 26milyon kubmetr qaza qənaət edilməsinə, 57 min ton karbonemissiyasının azaldılmasına imkan yaradacaq.