AZ

Yuventus almaq məcburiyyətində qaldığı hücumçu ilə bağlı qərarını qətiləşdirdi

Fanat saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

"Yuventus" rəhbərliyi komandanın hücumçusu Loi Openda ilə bağlı qərarını qətiləşdirib.

Fanat.Az yerli mətbuata istinadən xəbər verir ki, Turin təmsilçisi ötən yay sonradan transfer hüquqlarına yiyələnmək şərti ilə "Leyptsiq"dən icarəyə götürdüyü 26 yaşlı belçikalının performansından narazıdır.

"Qoca sinyora" mövsümün sonunda almaq məcburiyyətində qaldığı Loiyə indidən potensial alıcılar axtarır. "Yuve" sözügedən forvardı sata bilməsə, icarə variantlarını nəzərdən keçirəcək.

Openda cari mövsüm bütün turnirlərdə 31 matça çıxaraq (ümumilikdə 986 dəqiqə meydanda olub) 2 qolla yadda qalıb.

Toğrul

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
5
1
fanat.az

2Mənbələr