AZ

Nazir müavinləri vəzifəsindən azad olunublar - SƏRƏNCAM

Fövqəladə hallar nazirinin müavinləri Orucəli Hacıyev və Etibar Mirzəyev vəzifələrindən azad olunublar.

Ölkə.Az-ın məlumatına görə, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb.

Xatırladaq ki, sözügedən generalların yerinə təyinat olunsa da, nazirliyin rəsmi internet səhifəsinin rəhbərlik bölməsində dəyişiklik edilməmişdi.

Hazırda Fövqəladə Hallar Nazirliyinin saytında general-leytenant Rəfail Mirzəyev 1-ci müavin, tibb xidməti general-leytenantı Faiq Tağızadə, Tapdıq Əmiraslanov və Adil Abdullayevin isə müavinlər olaraq göstərilib.

Seçilən
12
6
olke.az

10Mənbələr