AZ

ABŞ-nin Yaxın Şərqdə neçə hərbi gəmisi var?


ABŞ Yaxın Şərqdə 16 hərbi gəmidən ibarət “armada” yaradıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Financial Times” qəzeti məlumat yayıb.
Nəşrin qeyd etdiyi kimi, ABŞ-nin İordaniya, Küveyt, Qətər, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərindəki bazalarında artıq 70 təyyarədən ibarət təxminən beş komandanlıq bölməsi var.
Nəşrin məlumatına görə, armadaya iki “USS Abraham Linkoln” və “USS Gerald R. Ford” təyyarədaşıyan gəmisi də daxildir. Bu gəmilər F-18 qırıcıları, “EA-18 Growlers” elektron müharibə təyyarələri, E-2 radilokasiya təyyarələri, həmçinin, yük təyyarələri də daxil olmaqla onlarla təyyarə və helikopter daşıyır. Bundan əlavə, “USS Abraham Linkoln” gəmisində F-35 qırıcıları da var.
Trampın dəniz armadasıs 16 döyüş gəmisi ilə yanaşı iki köməkçi gəmidən ibarətdir.
Regiondakı bazalarda və dənizdə təxminən 40 000 hərbçi yerləşdirilib.
Nəşr Vaşinqtonun İrana qarşı bir neçə həftə davam edə biləcək mümkün hərbi kampaniya üçün Yaxın Şərqdə böyük hava gücü topladığını ehtimal edir.
Seçilən
16
1
yeniavaz.com

2Mənbələr