AZ

Tarixdə "Liverpul" kimisi olmamışdı

"Liverpul" İngiltərə Premyer Liqasında (İPL) yeni rekorda imza atıb.

Fanat.Az "Opta Sport"a istinadən xəbər verir ki, Mersisayd təmsilçisi buna çempionatın 27-ci turunda turda "Nottingem Forest"i məğlub etdiyi matçda (1:0) nail olub.

"Qırmızılar"ın qələbə qolunu 90+7-ci dəqiqədə Aleksis Makallister vurub. Beləliklə, "Liverpul" cari mövsüm 90-cı və uzatma dəqiqələrində 7 dəfə qələbə topu ilə yadda qalıb. Bu, Premyer Liqa tarixində ilk belə nəticədir.

Qeyd edək ki, hazırda "Liverpul" İPL-in turnir cədvəlində 45 xalla 6-cı pillədə mövqe tutub.

Toğrul

Seçilən
4
1
fanat.az

2Mənbələr