AZ

Epşteyn təhlükəsizlik qüvvələrini aldadıb

Cinsi cinayətlər və yetkinlik yaşına çatmayanların alveri ilə bağlı ittihamlarda adı hallanan amerikalı maliyyəçi Ceffri Epşteyn sübutları altı gizli anbarda gizlədib.

Publika.az “The Telegraph” qəzetinin araşdırma sənədlərinə istinadən xəbər verir ki, Epşteyn kompüterləri və fotoşəkilləri polisdən gizlətmək üçün xüsusi bina icarəyə götürüb.

Qeyd etmək lazımdır ki, müstəntiqlər hələ də həmin sənədləri əldə edə bilməyiblər. Buna görə də ehtimal edilir ki, ciddi rezonansa səbəb olacaq bir çox materiallar məhz həmin anbarlarda saxlanılır.

Bildirilir ki, evinə basqın ediləcəyini öyrənən Epşteyn cəld hərəkətə keçib, kompüterlərini anbara köçürmək üçün özəl detektivlər işə götürüb.

Seçilən
11
publika.az

1Mənbələr