AZ

İspaniyada 1981-ci ilin dövlət çevrilişinə cəhdlə bağlı məxfi sənədlər ictimailəşdiriləcək

Bakı. Trend:

İspaniya hökuməti 1981-ci il fevralın 23-də baş vermiş dövlətçevrilişi cəhdinə dair sənədlərin məxfilikdən çıxarılması barədəqərar qəbul edib.

Trend xarici KİV-əistinadən xəbər verir ki, bu barədə krallığın baş naziri PedroSançes öz “X” səhifəsində yazıb.

“Yaddaş qapalı saxlanıla bilməz .Sabah 23 fevral hadisələri iləbağlı sənədləri məxfilikdən çıxaracağıq. Demokratiyalar daha azadgələcək qurmaq üçün öz keçmişlərini bilməlidirlər”, – hökumətbaşçısı əlavə edib.

Dövlət çevrilişi cəhdi 1975-ci ildə diktator Fransisko Frankonunölümündən sonra İspaniyada demokratiyanın formalaşmağa başladığıdövrdə baş verib. 1981-ci il fevralın 23-də Madriddə parlamentbinası ələ keçirilib. Onlarla mülki qvardiya əməkdaşı DeputatlarKonqresinə daxil olub. Çevriliş iştirakçıları ölkəni yenidənavtoritar idarəetmə formasına qaytarmaq ümidi ilə deputatları girovsaxlayıblar. Qiyam Valensiyada da təşkil olunub. Çevriliş cəhdifevralın 24-də yatırılıb. Dövlət çevrilişi cəhdinin uğursuzluğadüçar olmasında həmin vaxt İspaniya kralı olan və qiyamçılarıdəstəkləməyən I Xuan Karlos mühüm rol oynayıb.

Məqalədə:
Seçilən
1
az.trend.az

1Mənbələr