AZ

Bloqer və FHN əməkdaşının intim video qalmaqalı: Qanun nə deyir?

ain.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

Bloqer Çelsi Baxşıyeva Fövqəladə Hallar Nazirliyinin əməkdaşı Anar Pirməmmədovla sevgi münasibəti yaşadığını, sonradan onun evli və iki uşaqlı olduğunu öyrəndiyini açıqlayıb. O, Anarın onu intim videolarla təhdid etdiyini bildirib və həyat yoldaşına bütün mesajları göstərib. Çelsi qeyd edib ki, Anarın atası Həsrət Pirməmmədov Yasamal Rayon Prokurorluğunda baş ədliyyə müşaviri olub, əmisi İlham Pirməmmədov isə keçmiş təhsil nazirinin müşaviri olub. Anarın qayınanası Mehriban Səmədova İqtisad Universitetində kafedra müdiridir, bacısı isə hüquq üzrə professor Şəhla Səmədovadır. Bloqer iddia edir ki, Anar xidməti avtomobillə onu izləyib və məsələ ictimailəşsə, işdən çıxarılacağı barədə xəbərdarlıq alıb.Bəs bu kimi hallarda şəxsin vəzifədən azad olunması hansı qanunla tənzimlənir?Məsələ ilə bağlı vəkil Emil Aslanov Demokrat.az-a bildirib ki, işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsi halları Əmək Məcəlləsi ilə tənzimlənir:"Qanunun 70-ci maddəsinə əsasən, işçi peşəkarlıq səviyyəsinə və ya ixtisasına görə tutduğu vəzifəyə uyğun olmadıqda, müvafiq səlahiyyətli orqanın qərarı ilə əmək müqaviləsinə xitam verilə bilər. Həmçinin işçi əmək funksiyalarını kobud şəkildə pozduqda və ya öhdəliklərini yerinə yetirmədikdə işdən azad edilə bilər. Üzürlü səbəb olmadan bütün iş günü işə gəlməmək, sərxoş vəziyyətdə işə gəlmək və ya iş yerində qadağan olunmuş vasitələrdən istifadə etmək bu hallara daxildir".Vəkil deyib ki, təqsirli hərəkət və ya hərəkətsizlik nəticəsində işəgötürənə maddi ziyan vurulması da əsas sayılır:"Bundan başqa, əmək mühafizəsi qaydalarının pozulması və iş yoldaşlarının sağlamlığına təhlükə yaradılması da xitam üçün əsas ola bilər. Əgər şəxs iş vaxtı qaydaları pozubsa, bu araşdırılmalı və sübut olunmalıdır. Lakin iş vaxtından kənar şəxsi həyatla bağlı görüşlər və davranışlar, bir qayda olaraq, əmək vəzifələrinin pozulması hesab edilmədiyi üçün işdən azad olunma üçün əsas sayılmır"- deyə o qeyd edib.Əfsanə Kamal

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
14
demokrat.az

1Mənbələr