AZ

Hərbi qeydiyyatda yenilik: Valideynlər bu bildirişi gözləsin

ain.az, Demokrat.az portalına istinadən məlumat yayır.

Azərbaycanda 15 yaşı tamam olan oğlanların ilkin hərbi qeydiyyatı prosesi artıq tamamilə "mygov" platformasına köçürülüb. İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin birgə əməkdaşlığı sayəsində valideynlər övladlarını bu xidmət vasitəsilə qeydiyyatdan keçirə bilərlər. Bu ildən etibarən kağız daşıyıcıda olan ilkin hərbi qeydiyyat vəsiqəsi ləğv edilib və bütün məlumatlar rəqəmsal formada təqdim olunur.Xidmətdən yararlanmaq üçün valideynlər portalın "Xidmətlər" bölməsində "Hərbi" kateqoriyasına daxil olaraq "İlkin hərbi qeydiyyat" bölməsini seçməlidir. Burada 15 yaşı tamam olmuş övladın məlumatları təsdiqlənir və qısa tərcümeyi-halı sistemə daxil edilir. Xaricdə təhsil alanlar üçün isə müvafiq arayışın əlavə edilməsi tələb olunur. Müraciət göndərildikdən sonra valideynin şəxsi kabinetinə övladının tibbi müayinədən keçməsi ilə bağlı bildiriş daxil olur.Tibbi müayinələr başa çatdıqdan sonra çağırışaqədərki yaş həddində olan gənc hərbi həkim komissiyasına əyani baxış üçün yaxınlaşmalıdır. Valideynlər müraciətin icra vəziyyətini şəxsi kabinetlərindən canlı izləyə bilərlər. Qeydiyyat prosesi yekunlaşdıqda bu barədə sistem vasitəsilə xüsusi bildiriş göndərilir. "mygov" həm veb portal, həm də mobil tətbiq üzərindən vətəndaşlara hərbi qeydiyyat, həqiqi hərbi xidmət və möhlət hüququ kimi bir çox məlumatı rəqəmsal şəkildə əldə etmək imkanı yaradır.Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
demokrat.az

1Mənbələr