AZ

Bakıda ana oğlunu öldürən şəxsi bağışladı

Bakıda ana oğlunu öldürən şəxsi bağışladı

Bakıda qardaşı oğlunu qətlə yetirməkdə təqsirləndirilən Babək İbadovun cinayət işinin növbəti məhkəmə iclası keçirilib. AFN.az-ın Oxu.Az-a istinadən məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə mərhumun anası Sürahim İbadova ifadə verib.

Oğlunun Türkiyədə təhsil aldığını deyən ana hadisə günü ilə bağlı bunları bildirib: "Hadisə günü xəbər tutdum ki, qaynım Babək oğlumu öldürüb. Oğlumu öldürdüyünə görə ondan şikayətçi deyiləm". S.İbadova qeyd edib ki, yoldaşı cəzaçəkmə müəssisəsində olduğu üçün övladının itkin düşməsi ilə bağlı əvvəlcə əmilərinə məlumat veribmiş.

Məhkəmənin növbəti iclası martın 4-nə təyin edilib.

Xatırladaq ki, hadisə 2025-ci il noyabrın 6-da Səbail rayonu, Bəşir Səfəroğlu küçəsində qeydə alınıb. 20 yaşlı Yasin İbadov bıçaqlanaraq öldürülüb. Polis əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində mərhumun əmisi, 38 yaşlı Babək İbadov tutulub.

B.İbadova qarşı Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 221.3 və 228.5-ci maddələri ilə ittiham irəli sürülüb.

Seçilən
12
afn.az

1Mənbələr