AZ

Siqaret istehsalında böyük sıçrayış – tütün istehsalı isə azaldı

2026-cı ilin yanvar ayında Azərbaycanda 1 194 milyon ədəd siqaret istehsal edilib.

Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 38.1% artıb.

01.02.2026-cı il vəziyyətinə hazır məhsul ehtiyatı 1 264.1 milyon ədəd təşkil edir.

Hesabat dövründə ölkədə 49.9 ton tütün istehsal edilib ki, bu da illik müqayisədə 66.8% azdır. 01.02.2026-cı il vəziyyətinə hazır məhsul ehtiyatı 150.4 tondur.

Seçilən
0
banker.az

1Mənbələr