AZ

“İnter” İsveçrə millisinin üzvü ilə müqavilə imzalayır

“İnter” icarə əsasında heyətində çıxış edən müdafiəçi Manuel Akanjinin transferini rəsmiləşdirməyə hazırlaşır.

İdmanxeber.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira X sosial şəbəkəsində məlumat yayıb. Məlumata görə, Milan klubu futbolçunu “Mançester Siti”dən 15 milyon avro qarşılığında birdəfəlik transfer edəcək.

Bildirilir ki, müqavilədə “İnter”in çempion olacağı təqdirdə məcburi satınalma maddəsi yer alıb. Lakin komanda çempion olmasa belə, keçidi rəsmiləşdirəcək. Yeni sözləşməyə əsasən, İsveçrə millisinin üzvü 2027/2028 mövsümünün sonunadək “İnter”də çıxış edəcək və illik 3,75 milyon avro qazanacaq.

Akanji cari mövsümdə bütün turnirlərdə 33 oyuna çıxıb və 2 qol vurub.

Seçilən
4
idmanxeber.az

1Mənbələr