AZ

FHN də 2 nazir müavininin işdən çıxarılması Təsdiqləndi

ain.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun altı müavininindən ikisinin vəzifəsindən azad edilməsi təsdiqlənib.

“Qafqazinfo” xəbər verir ki, general-leytenant Etibar Mirzəyev və Orucəli Hacıyevin adı nazirliyin rəsmi saytının rəhbərlik bölümündən çıxarılıb.

Bundan əvvəl üçüncü müavin general-letyenant Faiq Tağızadənin də işdən çıxarıldığı bildirilsə də, həmin məlumat təsdiqlənməyib. General Tağızadə hazırda nazir müavini vəzifəsində qalır.

Qeyd edək ki, Etibar Mirzəyev saytımıza yaş həddi ilə bağlı təqaüdə çıxdığını açıqlamışdı.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
14
3
qafqazinfo.az

4Mənbələr