Bakupost portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Britaniyanın Kino və Televiziya Sənətləri Akademiyasının (BAFTA) 79 cu mükafatlandırma mərasimində “Cənab heç kim Putinə qarşı” adlı ekran əsəri ən yaxşı sənədli film nominasiyasında qalib olub. Bakupost.az xəbər verir ki, bu film rusiyalı müəllim Pavel Talankin və amerikalı rejissor Devid Borenşteyn tərəfindən çəkilib. Əsər Rusiya məktəblərində təhsil prosesinin dövlət ideologiyası və müharibə təbliğatına çevrildiyini əks etdirir. Filmin süjeti Chelyabinsk vilayətinin kiçik sənaye şəhəri Qarabaşdakı bir məktəbdə baş verir. Pavel Talankin müəllim işləyərkən, 2022 ci ildən etibarən məktəbdə keçirilən bütün tədbirləri, dərsləri və mərasimləri gizli şəkildə çəkərək saxlayıb. Bu material müharibə şəraitində təhsilin necə dəyişdiyini və dövlət iddialarının məktəb mühitinə necə nüfuz etdiyini göstərir. 2024-cü ildə çəkdiyi videoları Rusiyadan çıxaran Talankin Borenshteynlə birlikdə həmin görüntüləri montaj edərək sənədli filmə çevirib. Filmin çəkilişi və yayımı prosesində müəllim üçün böyük risklər mövcud olub. Bu film artıq 2025 ci ildə “Sundance” Film Festivalında xüsusi jüri mükafatını qazanmışdı və Hollywood kino mükafatlandırma mövsümündə də yüksək qiymətləndirilən layihələrdən biri olub. BAFTA qalibiyyəti filmin beynəlxalq səviyyədə tanınmasını daha da gücləndirir. Bundan başqa, “Cənab heç kim Putinə qarşı” filmi gələn ayın 15-da baş tutacaq “Oskar” mükafatında “Ən yaxşı sənədli film” kateqoriyasında güclü namizəddir.Cavid, BakuPost
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.