AZ

Böyük Britaniyada Epşteynlə bağlı uçuş məlumatları məhv edilib

Amerikalı maliyyəçi Cefri Epşteynin Böyük Britaniyadakı uçuş qeydlərinin bir hissəsi məhv edilib.

Missiya.Az xəbər verir ki, bu barədə “The Times” qəzetinin məlumat yayıb.

Məlumata görə, keçmiş Baş nazir Qordon Braun Metropoliten Polisi və digər altı polis qüvvəsinə keçmiş şahzadə Endryu Mauntbatten-Vindzorun Epşteynlə əlaqəli ola biləcək səyahətləri üçün hərbi bazalardan istifadə edib-etmədiyini araşdırmağı tapşırıb. Polis araşdırmaya üç ay əvvəl başlayıb.

Fevralın 19-da Endryu Mauntbatten-Vindzor Norfolkdakı Sandrinqem malikanəsində həbs olunub, 12 saatlıq dindirmədən sonra sərbəst buraxılıb. Hüquq-mühafizə orqanları bildirir ki, həbs dövlət vəzifələrini lazımınca yerinə yetirməmək şübhələri ilə bağlıdır.

“The Observer” qəzetinin məlumatına görə, Böyük Britaniya kralı III Çarlz keçmiş şahzadənin fəaliyyəti ilə bağlı sənədləri polisə təhvil vermək səlahiyyəti verib.

Seyranə QuliyevaMissiya.Az

Seçilən
4
missiya.az

1Mənbələr