AZ

Qurban Qurbanov Toralın həmin epizodda gülməsindən danışdı - Video

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Nyukasl”la oyunda (1:6) qapımıza penalti təyin olunan zaman Toral Bayramovun gülməsi ilə bağlı danışıb. 

Ölkə.Az “Qafqazinfo”ya istinadla xəbər verir ki, o bu barədə fikirlərini UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Nyukasl”la cavab görüşündən əvvəl keçirilən mətbuat konfransında bildirib.

Çalışdırıcı qeyd edib ki, xırdalıqlara getməyə ehtiyac yoxdur: “Ola bilər ki, o epizoda kimi hansısa söhbət aparırdılar, gülməli vəziyyət yaranmışdı. Bəli, fikirlərimi bildirdim. Kimə hansı qayadada iradlarımızı bildirmək lazımdırsa, yaxşı səviyyədə bildirilib” .

Q.Qurbanov həmçinin futbolçusu Sami Mmaenin əvəzedici heyətə göndərilməsi ilə bağlı sualı da cavablandırıb: “İdman-intizam qaydalarını pozmuşdu, ona görə əvəzedici heyətə göndərdik. Bəzi detalları açıqlamağa ehtiyac yoxdur. Futbol karyeramızda belə hallar çox olub. Belə halla ən az rastlaşan bizim klubdur”.

Seçilən
9
9
olke.az

10Mənbələr