AZ

FHN-də 2 nazir müavininin işdən çıxarılması – Təsdiqləndi

Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun altı müavinindən ikisinin vəzifəsindən azad edilməsi təsdiqlənib.

NOCOMMENT.az xəbər verir ki, general-leytenant Etibar Mirzəyev və Orucəli Hacıyevin adı nazirliyin rəsmi saytının rəhbərlik bölümündən çıxarılıb.

Bundan əvvəl üçüncü müavin general-leytenant Faiq Tağızadənin də işdən çıxarıldığı bildirilsə də, həmin məlumat təsdiqlənməyib. General Tağızadə hazırda nazir müavini vəzifəsində qalır.

Qeyd edək ki, Etibar Mirzəyev saytımıza yaş həddi ilə bağlı təqaüdə çıxdığını açıqlamışdı.

Seçilən
13
3
nocomment.az

4Mənbələr