AZ

Qəbələ hotelləri ötən il hansı aylarda daha çox gəlir əldə edib? - CƏDVƏL

2025-ci il üzrə Qəbələ rayonunda fəaliyyət göstərən hotellərin aylar üzrə əldə etdiyi gəlir göstəriciləri məlum olub.

FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, rəsmi rəqəmlərə əsasən, rayondakı hotellər il ərzində ümumilikdə 38 milyon 941,9 min manat qazanc əldə ediblər.

Ölkənin turizm və hotelçilik sektorunda  Qəbələ də regionlar arasında bu sahədə ən yüksək göstəricilərdən birini nümayiş etdirir.

Cədvələ əsasən, ilin ilk ayı olan yanvarda Qəbələ hotellərinin gəliri 3 milyon 416,6 min manat təşkil edib.

Fevral ayında bu göstərici 2 milyon 405,1 min manata geriləyib.

İlin ən aşağı nəticəsi isə mart ayında qeydə alınıb və bu zaman gəlirlər 2 milyon 267,9 min manat olub. Aprel ayından etibarən qazanclarda yenidən artım dinamikası başlayıb və bu rəqəm 3 milyon 338 min manata, yazın son ayı olan mayda isə 3 milyon 699,4 min manata yüksəlib.

Turizm mövsümünün qızğın çağı olan yay aylarında – iyun ayında hotellər 3 milyon 56,8 min manat, iyulda isə 4 milyon 544,8 min manat gəlir əldə ediblər. Bütün il üzrə ən yüksək nəticə avqust ayına təsadüf edib və bu ayda Qəbələ hotellərinin gəliri maksimuma çataraq 5 milyon 111,4 min manat olub.

Payız fəslinin ilk ayı olan sentyabrda gəlirlər 2 milyon 521 min manat təşkil edib. Sonrakı aylarda müvafiq rəqəmlər oktyabrda 2 milyon 938 min manat, noyabrda 2 milyon 666,8 min manat olub.

İlin yekunu olan dekabr ayında isə Qəbələdə yerləşən hotellər 2 milyon 976,1 min manatlıq gəlir əldə ediblər.

Aylar

Gəlir (min manat)

Yanvar

3 416,6

Fevral

2 405,1

Mart

2 267,9

Aprel

3 338,0

May

3 699,4

İyun

3 056,8

İyul

4 544,8

Avqust

5 111,4

Sentyabr

2 521,0

Oktyabr

2 938,0

Noyabr

2 666,8

Dekabr

2 976,1

Seçilən
2
fed.az

1Mənbələr