AZ

Hakimlərə hücum etmək istəyən Messi cəzalandırılacaq?

MLS “İnter Mayami"nin hücumçusu Lionel Messinin “Los Anceles” ilə matçdan sonra hakimlərin otağına girdiyi barədə iddalara münasbit bildirib.

Publika.az xəbər verir ki, liqa insidenti zamanı argentinalı ulduz tərəfindən qaydaların pozulmadığını açıqlayıb.

Hadisə ilə bağlı onlayn yayılan videoda Messinin hakimlərin ərazisinə girdiyi görünüb. MLS açıqlayıb ki, Messinin keçdiyi məkan məhdud sahə deyil və o, hakmlərin soyunma otağına daxil olmayıb.

"Professional Referee Organization"un kommunikasiya direktoru Chris Rivett ESPN-ə təsdiqləyib ki, Messi hakimlərin otağına daxil olmayıb.

Nəticədə, məsələ MLS İntizam Komitəsinə göndərilməyəcək və əlavə tədbir görülməyəcək.

Seçilən
1
publika.az

1Mənbələr