Bakı. Trend:
Meksikada “Xaliskonun Yeni Nəsil Karteli”nin lideri NemesioOseqera Servantesin təhlükəsizlik qüvvələri tərəfindənöldürülməsindən sonra baş verən zorakılıq dalğasında ən azı 14nəfər həyatını itirib.
Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, qurbanlar arasında - Meksika Milli Qvardiyasınınyeddi xidmətçisi yer alır. Ölüm faktları Xalisko, Miçoakan vəQuanaxuato ştatlarında qeydə alınıb.
Meksika Müdafiə Nazirliyi əvvəlcə əməliyyatın Oseqeranı ələkeçirməyə yönəldiyini bildirmişdi, lakin əməliyyatın gedişindəhərbçilərlə kartel üzvləri ilə atışma meydana gəlib. Yaralı Oseqerahava yolu ilə Mexikoya daşınmağa çalışılsa da, uçuş zamanı vəfatedib.
Kartel üzvləri cavab olaraq yolları bağlayıb və nəqliyyatvasitələrini yandırıblar. Meksikanın ikinci ən böyük şəhəri olanQvadalaxara faktiki olaraq bloklanmış vəziyyətə düşüb.
Meksika Prezidenti Klaudi Şeynbaum vətəndaşlara sakit olmalarınıçağırıb. Hakimiyyət orqanları bildirib ki, ölkənin 20 ştatındakartel üzvləri tərəfindən qoyulmuş 250-dən çox yol baryerininəksəriyyəti aradan qaldırılıb.