AZ

Tramp İrana ilkin zərbə vurmağa meyillidir - Mənbə

Donald Tramp danışıqlar və ya məhdud zərbə yolu ilə İranın nüvə proqramı problemini həll etmək istəyir.

"Yeni Sabah" The New York Times-a (NYT) istinadla xəbər verir ki, bunu administrasiyanın müzakirələrlə tanış olan mənbələr deyib. 

"Tramp müşavirlərinə bildirib ki, əgər diplomatiya və ya ilkin məhdud ABŞ hücumu İranı nüvə proqramından imtina etməyə vadar etməsə, o, İran liderlərini hakimiyyətdən uzaqlaşdırmaq üçün yaxın aylarda daha böyük bir hücumu nəzərdən keçirəcək".

Məsləhətçilər izah ediblər ki, hələlik yekun qərar verilməyib, lakin Tramp İranı nüvə silahı imkanlarından imtina etmək tələbini qəbul etməyə inandırmaq üçün ilkin zərbəyə meyllidir. Nəzərdən keçirilən hədəflərə İslam İnqilabı Keşikçiləri Korpusunun qərargahı və ballistik raket proqramı ilə əlaqəli nüvə obyektləri daxildir.


Telegram kanalımız
Seçilən
14
1
yenisabah.az

2Mənbələr