AZ

Hava məkanı dronlarla o qədər dolub ki, Ukrayna hərbçiləri öz PUA-nı məhv edir - BI

Ukrayna cəbhəsi üzərindəki hava məkanı dronlarla o qədər dolub ki, Ukrayna hərbçiləri PUA-nın kimə məxsus olduğunu müəyyən edə bilmirlər.

Herbiand.az bu barədə BI nəşrinə istinadən xəbər verir.

Nəşrin məlumatına görə, Ukrayna hərbçiləri dronların kimə məxsus olduğunu aydınlaşdırmadan onların istənilən fiber optik kabellərini kəsirlər. Onlar qayçı, taktiki bıçaq, bəzən hətta əllərindən də istifadə edirlər. Ukrayna əsgərləri etiraf edirlər ki, döyüş şəraitində bunları aydınlaşdırmağa imkan olmur, əgər ən kiçik şübhə varsa, dron dərhal düşmən aparatı hesab olunur.

BI qeyd edir ki, bu təcrübə təmas xəttinin digər ərazilərinə də yayılır: “Bəzi ərazilərdə səmada PUA-ların sayı o qədər çoxdur ki, onların kimliyini müəyyən etmək faktiki olaraq mümkün deyil. Nəticədə Ukrayna Silahlı Qüvvələrinin komandanlığı tez-tez bütün dronları istisnasız olaraq məhv etmək qərarına gəlir”.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
4
herbiand.az

1Mənbələr