AZ

Çindən ABŞ ın gömrük rüsumları ilə bağlı xəbərdarlıq

Qaynarinfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Çin ABŞ Ali Məhkəməsinin gömrük rüsumları ilə bağlı qərarına "tam qiymətləndirmə” apardığını açıqlayıb və Vaşinqtonu ticarət tərəfdaşlarına qarşı tətbiq etdiyi "birtərəfli rüsum tədbirlərini” ləğv etməyə çağırıb. Pekin iki ölkə arasında münaqişənin zərərli olduğunu bildirib.

Qaynarinfo "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Çin Ticarət Nazirliyi fevralın 23-də açıqlama yayıb. 

Nazirlik mövqeyini ABŞ Ali Məhkəməsinin Prezident Donald Trumpın tətbiq etdiyi "qarşılıqlı” gömrük rüsumlarını qanunsuz saymasından bir neçə gün sonra açıqlayıb. Qərar Tramp administrasiyası üçün ciddi hüquqi geriləmə kimi qiymətləndirilir.

Ali Məhkəmənin qərarından bir neçə saat sonra Tramp fevralın 24-dən etibarən ABŞ-a idxal olunan bütün mallara 10 faiz həcmində yeni rüsum tətbiq edəcəyini, daha sonra bu göstəricinin 15 faizə qaldırılacağını bildirib.

Çin Ticarət Nazirliyi qeyd edib ki, ABŞ-ın birtərəfli rüsumları beynəlxalq ticarət qaydalarını və ABŞ-ın daxili qanunvericiliyini pozur, həmçinin tərəflərin heç birinin maraqlarına uyğun deyil.

Rəsmi Pekin vurğulayıb ki, iki ölkə arasında əməkdaşlıq hər iki tərəf üçün faydalıdır, münaqişə isə zərərli nəticələr doğurur. Nazirlik əlavə edib ki, Çin vəziyyəti diqqətlə izləyəcək və öz maraqlarını qətiyyətlə müdafiə edəcək.

Son açıqlamalarda Tramp Ağ evdə Çin lideri Si Cinpini qəbul etməyə hazır olduğunu bildirib. Bu addım iki ölkə arasında iqtisadi münasibətlərin nizamlanması cəhdləri fonunda qiymətləndirilir.

Qeyd edək ki, fevralın 6-da ABŞ Çin və Rusiyanı nüvə silahlarına nəzarət üzrə yeni sazişin bağlanması ilə bağlı danışıqlara çağırmışdı.

Günay

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
16
qaynarinfo.az

1Mənbələr