“Orucluqla bağlı ən çox müzakirə olunan mövzulardan biri də unudaraq qida və ya su qəbul etməyin orucu pozub-pozmamasıdır.
Dinimizə görə oruclu olduğunu unudaraq qida qəbul etmək və ya su içmək orucu pozmur. Bu barədə Məhəmməd Peyğəmbər (s) buyurub: "Hər kim oruclu ikən yaddan çıxararaq yemək yeyər və ya su içərsə, orucunu tamamlasın. Çünki onu Allah-Taala yedirib-içirmişdir".
“Cebheinfo.az” xəbər verir ki, bu sözləri Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədov deyib.
![]()
O qeyd edib ki, oruclu olduğunu unudaraq qida qəbul edən və ya su içən insanlar narahat olmasınlar:
“Oruclarına davam etsinlər. Onların orucu pozulmur. Allah bütün dua və orucları qəbul etsin”.