AZ

İstanbulda itkin düşən çinli biznesmenin meyiti TAPILDI: Əlləri və ayaqları bağlı halda BASDIRILIB – FOTO

İstanbulda itkin düşən çinli iş adamının meyiti tapılıb.

İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

İstanbulun Arnavutköy rayonunda yanvarın 24-dən bəri itkin düşmüş hesab olunan çinli iş adamı Yonq Vanqın meyiti aşkar edilib.

Məlumata görə, iş adamının vəkili yanvar ayında Bakırköy rayon polis idarəsinə müraciət edərək onun yoxa çıxdığını bildirmişdi.

Polis əməkdaşlarının apardığı araşdırmalar çərçivəsində Yonq Vanqın istifadə etdiyi avtomobilin GPS siqnalları izlənilib.

Müəyyən edilib ki, avtomobil sonuncu dəfə Arnavutköy rayonunun Baklalı ərazisindəki boş sahədə görünüb.

Ərazidə aparılan axtarışlar zamanı qazma işlərində istifadə olunan bel və külünglər, daha sonra isə torpağa basdırılmış vəziyyətdə iş adamının meyiti tapılıb.

Müayinə zamanı Yonq Vanqın əllərinin, ayaqlarının və ağzının skoçla bağlandığı məlum olub.

İstintaq nəticəsində bədbəxt adamın qarət məqsədilə öldürüldüyü üzə çıxıb.

Qaziosmanpaşa prokurorluğu tərəfindən başlanılan cinayət işi çərçivəsində şübhəli bilinən 1-i qadın, 9-u kişi olmaqla cəmi 10 nəfər barəsində İnterpol xətti ilə axtarış verilib.

Həmin şəxslərin Çində saxlanıldığı bildirilir.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
9
interpress.az

1Mənbələr