AZ

“Tərbiyəsiz adamlar müğənni statusunda efirlərdə meydan sulayır”

ain.az xəbər verir, Bizim media saytına əsaslanaraq.

Aparıcı Saleh Bağırov televiziyada yayımlanan bəzi verilişləri tənqid edib.Bizim.Media xəbər verir ki, efir məkanı ilə bağlı aparılan müzakirələrə qoşulan Saleh bunları yazıb:“Televiziya böyük təbliğat maşınıdır. Təəssüf ki, bu gün bu maşının sükanı naşıların, təsadüfi adamların, efirin müqəddəsliyinin, təsir gücünün nə olduğunu anlamayanların, dəyərlərimizi pul qazanmaq üçün ayaq altına atanların, aparıcılıq sənətinə xələl gətirənlərin əllərindədir. Ədəbsiz, nalayiq, tərbiyəsiz adamların müğənni statusunda efirlərdə meydan sulamasının, onlara qadağa qoyulmamasının, TV qapılarının hərəkətini, özünü bilməyən bu cür ünsürlərə, "müğənnilərə" açıq olmasının nəticəsidir yaşananlar.Ona görə mövcud durum bu haldadır! TV kanallarına rəhbərlik edənlər, aidiyyatı qurumlar, hamı gördüyünü, bildiyini görəsən, həqiqətənmi görmür və ya görməzdən gəlirsiniz?!

 

Bu laqeydliyiniz bizi uçuruma apardıqca aparır. Bu dərəcədə əxlaqsızlıq və mənəviyyatsızlığı təbliğ etməkdə məqsəd nədir? Niyə bütün imkanlar əlinizdə ola-ola bu tərbiyəsizliyin qarşısını almırsınız? Niyə qadağalar tətbiq olunmur? Ən acınacaqlı hal isə az sayda olan normal televiziyaların, professional TV içşilərinin, min bir zəhmətlə yaxşı verilişlərin başa gəlməsinə əmək qoyanların adlarının ümumi axının içində "hamısı eyni şeydir..." adı ilə hallanmasıdır.

Müzakirəni bu gün saat 21:00-da İctimai TV-də “Sabaha saxlamayaq” proqramında davam edəcəyik. Heç kim TV erasının bitdiyini, TV-nin sosial şəbəkələrə uduzduğunu deməsin. Belə olsaydı, bu gün TV müzakirələri bu cür geniş vüsət almazdı. Deməli, cəmiyyət normal TV arzusundadır!”Sara, Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
2
1
bizim.media

2Mənbələr