AZ

Hindistan vətəndaşlarını İranı tərk etməyə çağırıb

Pekin, 23 fevral, AZƏRTAC

Hindistan vətəndaşlarını dərhal İranı tərk etməyə çağırıb.

AZƏRTAC Hindistan mediasına istinadla xəbər verir ki, bu ölkənin Tehrandakı səfirliyi vəziyyətin gərginləşməsi ilə bağlı tələbə, iş adamı, zəvvar və turistlər də daxil olmaqla, bütün Hindistan vətəndaşlarına mümkün nəqliyyat vasitələri ilə gecikmədən İrandan çıxmağı məsləhət görüb.

Qeyd edək ki, medianın məlumatına görə, İranda çoxu tələbə olmaqla, təxminən 10 min Hindistan vətəndaşı var. Bundan başqa, Hindistandan olan müsəlmanlar tez-tez İrana ziyarətə gedirlər.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Seçilən
8
2
azertag.az

3Mənbələr