Aktual.az xəbər verir ki, bu barədə Hindistanın Tehrandakı səfirliyi məlumat yayıb.
Məlumata görə, buna səbəb İran–ABŞ münasibətlərində artan gərginlik və mümkün hərbi zərbə təhlükəsidir.
"İranda olan tələbələr, zəvvarlar, biznesmenlər və turistlər mövcud vəziyyət nəzərə alınaraq mövcud nəqliyyat vasitələri, o cümlədən kommersiya uçuşları vasitəsilə ölkəni tərk etməlidirlər”, - məlumatda bildirilib.
Qeyd edək ki, bundan öncə Almaniya, Polşa, İsveç, Serbiya analoji çağırış edib.