İki il bunkerdə yaşadım, amma indi bunkerdə yaşamıram. Hətta hava həyəcanı zamanı da ora getmirəm.
KONKRET.az axaraz-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski AFP agentliyinə müsahibəsində deyib.
“Müharibənin ilk günündən bəri orada yaşasam da, hər gün işə – yerüstü ərazidə yerləşən Prezident Ofisinə getmişəm. Bilirsiniz, hamımızı bunkerdə saxlamaq mümkün deyil. Bu, əsas mövqeyimizdir.
Bəli, gecə ora gedib bunkerdə qalmaq olar, amma yenə də bura qayıtmaq, çölə çıxmaq lazımdır”, – o bildirib.