AZ

Kişilər və qadınlar dünyanı fərqli görürlər – ARAŞDIRMA – FOTO

Kişilər və qadınlar dünyanı fərqli görürlər.

İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV-lər elmi tədqiqatlara istinadən məlumat yayıb.

Aparılan son araşdırmalar göstərir ki, kişilər və qadınların görmə qavrayışı bir-birindən əhəmiyyətli dərəcədə fərqlənir.

Kişilərdə daha çox “tunel” görmə qabiliyyəti inkişaf edib ki, bu da onlara birbaşa qarşıda olan hədəfə fokuslanmağa imkan verir.

Qadınlarda isə periferik (yan) görmə qabiliyyəti daha üstündür; onlar kənarlardakı detalları daha tez fərq edə bilirlər.

Gecə vaxtı yolda keçirilən bir eksperiment bu fərqi daha aydın nümayiş etdirib.

Məlum olub ki, kişilər dərhal qarşıdakı işıqlı yola fokuslandığı halda, qadınlar periferik sahələrə daha çox diqqət yetirərək ətrafdakı mümkün təhlükələri dəyərləndirirlər.

Mütəxəssislər bu fərqlərin insanın təkamül prosesi və beyin quruluşu ilə bağlı olduğunu qeyd edirlər.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
37
interpress.az

1Mənbələr