AZ

Əraqçidən Trampa cavab: “Çünki biz iranlıyıq”

“Niyə təslim olmadığımızı soruşursunuz? Çünki biz iranlıyıq”.

"Yeni Sabah" xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi sosial media hesabında İran xəritəsinin bayraqla örtüldüyü görüntünü paylaşaraq yazıb.

O, ABŞ Prezidenti Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoffun son müshaibəsində söylədiyi fikirlərə reaksiya verib.

Uitkoff ABŞ mediasına verdiyi müsahibədə bildirib ki, Vaşinqton regionda hərbi mövcudluğunu artırsa da, İran geri addım atmayıb.

“Təslim olmaq ifadəsini işlətmək istəmirəm, lakin Tramp İranın niyə hələ də təslim olmadığına təəccüb edir”, - Uitkoff müsahibəsində bildirib.


Telegram kanalımız
Seçilən
11
yenisabah.az

1Mənbələr