AZ

Luvrda ŞOK AKSİYA: Sabiq şahzadə Endrunun həbs fotosu “Mona Liza”nın yaxınlığında ASILDI – FOTO

Luvr muzeyində zabiq şahzadə Endrunun həbs fotosu “Mona Liza”nın yaxınlığında asılıb.

İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Dünyaca məşhur Luvr muzeyində naməlum aktivistlər maraqlı bir etiraz aksiyası keçiriblər.

Onlar sabiq şahzadə Endrunun (Endru Mauntbatten-Vindzor) həbsindən sonra çəkilmiş və artıq hər kəsə məlum olan fotosunu qədim ustadların tabloları ilə yanaşı, “Mona Liza” əsərindən cəmi bir neçə metr aralıda yerləşdiriblər.

Bu qeyri-adi “eksponat” muzey divarında cəmi 15 dəqiqə qaldıqdan sonra əməkdaşlar tərəfindən götürülüb.

Fotoda sabiq şahzadə Eylşem polis məntəqəsindən çıxarkən avtomobilin içində olduqca bitkin və pərişan halda təsvir olunub.

Aktivistlər bu “sənət əsərinə” provokativ bir ad veriblər: “He’s Sweating Now” (“İndi o tərləyir”).

Bu ad şahzadənin illər öncə verdiyi və fiziki olaraq tərləyə bilmədiyi barədə iddia etdiyi qalmaqallı müsahibəsinə kinayəli bir işarədir.

Aksiyanın arxasında “Everyone Hates Elon” adlı Britaniya aktivist qrupu dayanır.

Onlar adətən ifrat zəngin və nüfuzlu şəxslərə qarşı etiraz etsələr də, bu dəfə Epşteyn qalmaqalı və sabiq şahzadənin həbsi mövzusuna toxunublar.

Qrup üzvləri “Instagram”da paylaşdıqları videoda “Biz sabiq şahzadəyə dünyanın onu necə yadda saxlayacağını göstərmək qərarına gəldik” deyə bildiriblər.

Muzeydən yayılan görüntülərdə ziyarətçilərin Leonardo da Vinçinin və digər dahi rəssamların şah əsərləri arasında qəfil peyda olan “kral portretini” görərkən güldükləri və fotolar çəkdikləri aydın görünür.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
10
1
interpress.az

2Mənbələr