AZ

Vaşinqtondakı təxribatı törədənlər ABŞ dan deportasiya edilməlidir Amerikalı politoloq

ain.az, GlobalInfo saytına istinadən bildirir.

“Keçmiş ABŞ Poçt İdarəsi binasının qarşısında qışqıran üç təxribatçı, açıq-aydın ABŞ hökumətini utandırmaq istəyən xarici kəşfiyyat orqanları tərəfindən cəlb edilən pulla ələ alınmış agentlərdir”.

Bunu Globalinfo.az-a amerikalı politoloq Piter M. Teys deyib.

Onun sözlərinə görə, bu üç aqressiv şəxs həbsxanaya salınmalıdır:

“Vaşinqtonda yerləşən dəbdəbəli Waldorf Astoria otelinin qarşısında qeydə alınan insidentdə yerli polis məmurunun ehtiyatlı hərəkətlərini və Azərbaycan prezidentinin təhlükəsizlik xidmətinin yüksək peşəkarlıqla hərəkət etdiyini görə bilərik.

Piter M. Teys

Hadisəyə hərtərəfli nəzər saldıqda demək olar ki, Prezidentin təhlükəsizlik xidmətinin əməkdaşları ehtiyatlı davranmış, qabaqlayıcı tədbirlər görmüş və ən yüksək beynəlxalq standartlara uyğun hərəkət etmişlər. Pensilvaniya prospektində qışqıran bu təxribatçılar ABŞ ərazisindən deportasiya edilməlidir”.

Gülnar Səlimova

Globalinfo.az

İstanbul

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
10
2
globalinfo.az

3Mənbələr