AZ

Salah antirekorda imza atdı

Azpolitika.az saytından alınan məlumata görə, ain.az bildirir.

Salah Premyer Liqada 9 oyundur qol vura bilmir.

“Liverpul”un vingeri Məhəmməd Salah İngiltərə Premyer Liqasında uzun sürən qolsuzluq seriyası ilə diqqət çəkib.

Misirli futbolçu Premyer Liqada sonuncu dəfə noyabrın 1-də “Aston Villa” ilə keçirilən və “Liverpul”un 2:0 hesablı qələbəsi ilə başa çatan görüşdə fərqlənib. Bundan sonra Salah ardıcıl doqquz çempionat oyununda qol sevinci yaşaya bilməyib.

Bu göstərici futbolçunun “Liverpul”da çıxış etdiyi müddətdə Premyer Liqada ən uzun qolsuz seriyası hesab olunur.

“Liverpul” son turda səfərdə “Nottinqem Forest”lə qarşılaşıb. Görüşün taleyini 90+7-ci dəqiqədə Mak Allisterin vurduğu qol həll edib və mersisaydlılar çətin qələbə qazanıblar. Salah oyuna start heyətində başlasa da, yenə fərqlənə bilməyib.

Qeyd edək ki, cari mövsümdə Salah bütün turnirlərdə 27 oyunda iştirak edib, 7 qol vurub və 8 məhsuldar ötürmə edib.

"AzPolitika.info"

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
5
azpolitika.info

1Mənbələr