AZ

Zelenski: “Uzunmüddətli təhlükəsizlik zəmanətlərinə ehtiyac var”

ain.az bildirir, Ayna portalına istinadən.

“Tramp etibarsız tərəfdaş ola bilər, amma o əbədi olaraq prezident qalmayacaq"

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampın etibarlılığını şübhə altına alıb. AYNA.AZ xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Jurnalistlərlə söhbətində Zelenski Ağ Evin etibarlılığı, o cümlədən təhlükəsizlik zəmanətləri məsələsi ilə bağlı sualları cavablandırıb.

Ukrayna lideri bildirib ki, Kiyevin Konqresin dəstəyinə ehtiyacı var: “Çünki Ukrayna 30 il müddətinə təhlükəsizlik zəmanətləri almağı gözləyir və bu müddətə qədər prezident dəyişə bilər”.

"Başqa sözlə, Donald Tramp etibarsız tərəfdaş ola bilər, amma o əbədi olaraq prezident qalmayacaq", - Zelenski deyib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
11
ayna.az

1Mənbələr