AZ

Onun öldürülməsi futbolu da "vurdu" - Matçlar təxirə salındı

Meksika çempionatının “Keretaro” - “Xuares” oyunu narkokartel rəhbəri Nemesio Osequera Servantesin öldürülməsindən sonra yaranan iğtişaşlara görə təxirə salınıb.

Publika.az xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

Bundan əlavə, Meksika qadınlar çempionatının oyunları və ikinci divizion matçları da təxirə salınıb.

Cinayət qruplaşmalarının üzvləri, təxminən 19 000 nəfər intiqam olaraq avtomobilləri yandırır, yolları bağlayır və hüquq-mühafizə orqanları ilə atışmalara girirlər.

Seçilən
22
publika.az

1Mənbələr