Azərbaycanın qadın güləşi üzrə milli komandalarının məşqçilər heyətində yeni təyinatlar gerçəkləşib.
Offsideplus.az xəbər verir kiб Mariya Stadnik U17 və U15 yaş qruplarından ibarət yığmanın böyük məşqçisi postuna gətirilib. Sözügedən komandaların məşqçilər heyətində həmçinin Rövşən Umudov və Solmaz Adilova fəaliyyət göstərəcəklər.
Eyni zamanda, Toğrul Əsgərov əsas milli komanda ilə yanaşı, U23 və U20 yığmalarında baş məşqçi vəzifəsini icra etməyə davam edəcək. Bu komandaların məşqçilər korpusunda böyük məşqçi Ağahüseyn Mustafayevlə bərabər, Həsrət Məmmədyarov da yer alacaq.