AZ

Gürcüstanda əcnəbilərə qadağa Kuryer, taksi sürücüsü, bələdçi ...

ain.az, Bakupost saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Gürcüstan hökuməti daimi yaşayış icazəsi olmayan xarici vətəndaşların bir sıra sahələrdə işləməsini qadağan edən yeni qaydalar qəbul edib. Qərara əsasən, 1 mart 2026-cı ildən etibarən əcnəbilər turist bələdçisi, taksi sürücüsü və kuryer kimi fəaliyyət göstərə bilməyəcəklər.

Bakupost.az xəbər verir ki, yeni tənzimləmə Gürcüstanda xarici vətəndaşların iş icazələrinin verilməsi mexanizmini yenidən formalaşdırır və bu sahələr üzrə illik kvotalar sıfıra endirilir. Bu isə faktiki olaraq həmin peşələrdə əcnəbilərin çalışmasının mümkün olmadığını göstərir.Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib ki, məqsəd vətəndaşları əmək bazarındakı rəqabətdən qorumaqdır. Baş nazirin sözlərinə görə, hökumət konkret sahələri müəyyən edib və burada xarici rəqabətin məqsədəuyğun olmadığı qənaətinə gəlinib. Kobaxidze vurğulayıb ki, bu addım Gürcüstan vətəndaşlarının əmək hüquqlarının maksimum səviyyədə müdafiəsinə xidmət edir.Bununla yanaşı, qərarda istisnalar da nəzərdə tutulur. Aylıq əməkhaqqı 15 min laridən (təxminən 5 600 dollar) yuxarı olan yüksək ixtisaslı mütəxəssislər bu məhdudiyyətlərdən azad edilir. Hökumət bu kateqoriyanı ölkə iqtisadiyyatı üçün strateji əhəmiyyət daşıyan kadrlar kimi qiymətləndirir.Artıq Gürcüstanda çalışan əcnəbilər üçün keçid dövrü müəyyən olunub. Özünüməşğul şəxslər – yəni əsasən kuryer və sürücülər – üçün nəzarət və icra mexanizmləri mayın 1-dən tətbiq ediləcək. Digər xarici əmək miqrantları isə 2027-ci il yanvarın 1-dək statuslarını yeni qaydalara uyğunlaşdırmalıdırlar.Rəsmi məlumatlara görə, əhalisi təxminən 3,9 milyon nəfər olan Gürcüstanda hazırda 257 minə yaxın əcnəbi yaşayır. Baş nazir daha əvvəl ölkədə ən azı 20 min qeyri-leqal miqrantın olduğunu da açıqlamışdı. Yeni qaydalar həm də bu problemin qarşısının alınmasına yönəlib.Cavid, BakuPost

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
1
www.bakupost.az

1Mənbələr