AZ

Biləsuvar sakinlərinin probleminə bələdiyyədən BİABIRÇI CAVAB: Vətəndaş özü etməlidir

ain.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

Biləsuvarın Xırmandalı kənd sakinləri çətinliklə üz-üzə qalıblar. Söhbət kəndin təxminən 15 il əvvəl salınmış yaşayış massivindən gedir.

Baku TV-yə müraciət edən sakinlər bildirirlər ki, illərdir yağış və qrunt suları küçələrə, oradan isə həyətlərə və evlərə dolur. Ərazidə yağış sularının axıdılması üçün drenaj sistemi yoxdur.

Biləsuvar sakinlərinin probleminə bələdiyyədən BİABIRÇI CAVAB: "Vətəndaş özü etməlidir"

Şikayətçilər deyirlər ki, yaxınlıqdan əsas kanal keçir, lakin həmin kanala qoşulma üçün heç bir infrastruktur qurulmayıb.

"Artıq 15 ildir burada yaşayıram. Çəkilən yol da, görülən işlər də əhalinin öz şəxsi hesabına olub. Yağış yağanda təcili yardım belə bu küçəyə gəlmir, çünki maşınlar yolda ilişib qalır", - kənd sakini söyləyib.

Bələdiyyə nümayəndəsi isə məsələyə belə münasibət bildirib:

"Vətəndaş özü etməlidir, mən onun kanalını qazası deyiləm ki... Əvvəl kanal çəkilməlidir ki, sonra yol düzəldilsin. Ərazi dardır, texnika girə bilmir. Kanal qazılmasa, bu problem ömür boyu həll olunmayacaq".

Təxminən 500 sakinin yaşadığı yaşayış massivinin problemi ilə bağlı Biləsuvar Rayon İcra Hakimiyyətindən isə bildirilir ki, ərazi bələdiyyənin balansındadır. Sadəcə yol dar olduğu üçün bələdiyyə orada texnika işlədə bilmir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
5
oxu.az

1Mənbələr