AZ

Roma Papası keşişləri süni intellektdən istifadə etməməyə çağırdı

Bakı. Trend:

Roma Papası XIV Leo Roma yeparxiyasının keşişləri ilə qapalıgörüşdə din xadimlərini moizələrin hazırlanması zamanı süniintellektə arxalanmamağa, duaya daha çox diqqət ayırmağaçağırıb.

Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.

Görüş 19 fevral tarixində Vatikanda keçirilib. Söhbətinqeyri-rəsmi hissəsində pontifik ruhanilərin nümayəndələrinin dördsualını cavablandırıb.

Papa xüsusilə dua və moizələrin hazırlanması mövzusuna diqqətyetirib. Görüş iştirakçılarından birinin sözlərinə görə, XIV Leodin xadimlərini moizələrin yazılması üçün süni intellektdən qətişəkildə istifadə etməməyə çağırıb. O vurğulayıb ki, keşişlər “Rəbbilə daha tez-tez baş-başa qalmalı”, mənəvi həyatı yalnız qısadualarla məhdudlaşdırmamalı, Tanrını dinləməyi öyrənməlidirlər.

Məqalədə:
Seçilən
10
1
az.trend.az

2Mənbələr