AZ

Avropa İttifaqı Rusiya ilə bağlı QƏRAR VERDİ

Avropa İttifaqına üzv ölkələr Rusiyaya qarşı 20-ci sanksiya paketi ilə bağlı məsləhətləşmələri davam etdirəcəklər. Lakin sənədin fevralın 23-də keçiriləcək iclasda təsdiqlənməsi ehtimalı azdır.

KONKRET.az xəbər verir ki, bu barədə Xarici İşlər Şurasının iclası öncəsi Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas məlumat verib.

Onun sözlərinə görə, hazırkı mərhələdə danışıqlarda ciddi irəliləyiş gözlənilmir. Yeni məhdudlaşdırıcı tədbirlər paketinin Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı hərbi əməliyyatlara başlamasının ildönümünə qədər razılaşdırılması planlaşdırılırdı.

Eyni zamanda, Macarıstan sənədin qəbuluna qarşı çıxıb. Ölkənin xarici işlər naziri Peter Siyarto bildirib ki, Budapeşt Ukrayna “Drujba” boru kəməri vasitəsilə Macarıstan və Slovakiyaya neft tranzitini bərpa etməyənədək Kiyev üçün əhəmiyyətli qərarları dəstəkləməyəcək.
Sanksiya paketinin müzakirəsi Aİ-yə üzv dövlətlər səviyyəsində davam etdiriləcək.

Müşviq Tofiqoğlu
KONKRET.az

Seçilən
10
1
konkret.az

2Mənbələr