Soçi hava limanında mülki təyyarələrin gəlişi və yola düşməsinə məhdudiyyətlər yenidən tətbiq edilib.
Qaziler.az bildirir ki, Federal Hava Nəqliyyatı Agentliyinin (Rosaviasiya) mətbuat xidməti bu barədə 23 fevralda məlumat verib.
"Soçi hava limanı. Təyyarələrin gəlişi və yola düşməsinə müvəqqəti məhdudiyyətlər tətbiq edilib", - deyə MAX messencerində "Rosaviasiya" kanalı bildirib.
Bu tədbirlər uçuş təhlükəsizliyini təmin etmək üçün görülüb.
QAZİLER.AZ